|
Article on other languages:
|
Azərbaycanın Milli Elmlər Akademiyası(AMEA) - respublikanın əsas elmi qurumudur. AMEA 1945-ci ildə Bakı şəhərində təsis edilmişdir.
TarixiHələ 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində mərkəzləşmişdi. 1920-1922-ci illərdə burada humanitar, tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. 1925-ci ildə Cəmiyyət Azərbaycan hökumətinin sərəncamına verildi. 1929-cu ildə Azərbaycanın Tədqiq və Tətqiq Cəmiyyəti yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırıldı. İnstitutun təbiət, biologiya, tarix və etnoqrafiya, dilçilik, ədəbiyyat və incəsənət, fəlsəfə, Sovet Şərqi və xarici Şərq, dövlət və hüquq bölmələri var idi. 1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildi. Şöbəyə R.Axundov rəhbərlik edirdi. Şöbədə 11 bölmə və bir neçə komissiya fəaliyyət göstərirdi. Bir sıra məşhur alimlər - F.Y.Levinson-Lessinq, İ.M.Qubkin, A.A.Qrossheym, N.Y.Marr, İ.İ.Meşşanov, A.N,Derjavin, İ.Q,Yesman, ilk Azərbaycan alimlərindən B.Çobanzadə, V.Xuluflu, M.Əfəndiyev, A.Tağızadə, S.Mümtaz, A.S.Məmmədov və başqaları burada elmi-tədqiqat işləri aparırdılar. 1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrildi. Filialın yanında mövcud bölmələr əsasında Kimya, Botanika, Zoologiya və Tarix, Etnoqrafiya və Arxeologiya, Dil və Ədəbiyyat Elmi-Tədqiqat institutları, habelə Energetika, Fizika, Geologiya, Torpaqşünaslıq sektorları yaradıldı. Filialın Rəyasət Heyətinin sədri əvvəl akad. İ.M.Qubkin, sonralar isə akad. S.S.Namyotkin oldu. SSRİ Xalq Komissarları Sovetinin 1945 il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Onun ilk heyətində Ü.Hacıbəyov, S.Vurğun, M.İbrahimov, Y.Məmmədəliyev, M.Qaşqay, A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman, M.Mirqasımov, Ş.Əzizbəyov, Ə. Əlizadə, M.Topçubaşov, M.Hüseynov, H.Hüseynov və İ.İ.Şiroqorov daxil oldu.1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mirqasımov Mir Əsədulla Mir Ələsgər oğlu prezident seçildi. Sonrakı illərdə Məmmədəliyev Yusif Heydər oğlu (1947-1950, 1958-1961), Əliyev Musa Mirzə oğlu (1950-1958), Xəlilov Zahid İsmayıl oğlu (1961-1967), İsmayılov Rüstəm Hacıəli oğlu (1967-1970), Abdullayev Həsən Məmmədbağır oğlu(1970-1983), Salayev Eldar Yunis oğlu (1983-1997), Maqsudov Fəraməz Qəzənfər oğlu (1997-2000) Akademiyanın prezidenti olmuşlar. 2001-ci ildən AMEA-nın prezidenti akademik Mahmud Kərim oğlu Kərimovdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2002-ci il tarixli 81 saylı qərarına əsasən AMEA-da struktur dəyişikliyi edilmişdir. İnformasiya Telekommunikasiya Elmi Mərkəzinin (İTEM) bazasında İnformasiya Texnologiyaları İnstitutu (İTİ), Radiasiya Tədqiqatları sektorunun (RTS) bazasında Radiasiya Problemləri İnstitutu (RPİ) yaradılmışdır. İTİ-nun əsas fəaliyyət istiqamətləri yeni informasiya texnologiyaları əsasında müxtəlif sahələrin informasiyalaşdırılması, intellektual kompüter şəbəkələri və sistemlərinin yaradılması, informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Radiasiya Problemləri İnstitutunun əsas fəaliyyət istiqamətləri radiasiya texnologiyası, radiasiya təhlükəsizliyi, qeyri-ənənəvi enerji çevrilmə problemləri, ekologiya, radioekologiyadır. StrukturuFizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi
Kimya Elmləri Bölməsi
Yer Haqqında Elmlər Bölməsi
Biologiya Elmləri Bölməsi
Humanitar və İctimai Elmlər Bölməsi
Bax
Keçidlər |
This article is from Wikipedia. All text is available under the terms of the GNU Free Documentation License.
Mercedes Car
This site monitored by SitePinger.net